Xalq Yazıçısı şagirdlərlə görüşdü


 Dekabrn 28-də Bakı Özəl Türk Liseyində Azərbaycanın Xalq Yazıçısı, Azərbaycanın Əməkdar İncəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin vitse-prezidenti Əkrəm Əylislinin şagirdlərlə görüşü olub. 
Əvvəlcə Xalq yazıçısının keçdiyi həyat yolunda, keçirdiyi görüşlərdən bəhs edən qısa metrajlı film nümayiş olunub. Sonra Bakı ÖTL-nin müdiri Hayrettin Ünver qonaq barədə şagirdlərə məlumat verib. Görüş zamanı Əkrəm Əylisli 2-ci Dünya Müharibəsinə təsadüf edən əzab-əziyyətli gənclik illərindən söhbət açıb. Bütün bu çətinliklərə baxmayaraq həmişə təhsildə öndə olduğunu bildirib. Məktəblilərə də dərslərini əla oxumağı arzulayıb. 
Sonra şagirdlərin suallarını cavablandıran Ə. Əylisli məktəblilərlə görüşdən məmnun olduğunu və burada şagirdlərin təhsil almaları üçün lazımi şərait hazırlandığını deyib. Bakı Özəl Türk Liseyinin pedaqoji kollektivinə şagirdlərə təhsildə uğurlar diləyib. 
Görüşün sonunda Bakı Özəl Türk Liseyin müdiri Hayrettin Ünver Azərbaycanın Şöhrət ordenli yazıçısı Əkrəm Əylisliyə xatirə hədiyyəsi təqdim edib.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF