Lənkəran şəhərində beynəlxalq konfrans


23-25 dekabr 2011-ci il tarixdə Lənkəran Dövlət Universitetində adı qeyd edilən ali təhsil ocağının, Sumqayıt Dövlət Universitetinin, Qafqaz Universitetinin və Azərbaycan Turizm İnstitutunun təşkilatçılığı ilə “Dayanıqlı inkişaf və idarəetmə modelləri: nəzəriyyə və problemlər” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Dekabrın 23-də Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında konfransın açılışı olmuşdur. Plenar iclasda Lənkəran Dövlət Universitetinin rektoru professor Asəf İsgəndərov, Sumqayıt Dövlət Universitetinin rektoru professor Nadir Qəhrəmanov, Qafqaz Universitetinin rektoru professor Əhməd Sanıc, ATİ-nin rektoru professor Cəfər Cəfərov çıxış etmiş, konfransın fəaliyyətinə uğurlar arzulamışdır. Beynəlxalq tədbir ölkə presidenti İlham Əliyevin 50 illik yubileyi gününə təsadüf etdiyindən tədbir iştirakçıları adından prezidentə təbrik ünvanlanmışdır. Elmin müxtəlif sahələrində çalışan tədqiqatçıların dayanıqlı inkişaf və idarəetmə məsələlərinə dair nəzəri və təcrübi istiqamətdə davamlı axtarışlar aparmaları təsadüfi deyildir. Beynəlxalq konfransda müasir təbiətşünaslıq, eləcə də humanitar və ictimai siyasi sahələrdə əldə edilən elmi nəticələr geniş təhlil edilmiş və təkliflər irəli sürülmüşdür. Üç gün davam edən konfransda ATİ-nin professor müəllim heyəti xüsusi fəallıq göstərmişdir.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır