Qafqaz Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu (AMEA İTİ) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalandı

23.12.11 | Əməkdaşlığa dair Memorandum imzalandı

Qafqaz Universitetində növbəti aylıq seminar keçirildi. Seminarda çıxış edən İnformasiya Texnologiyaları İnstitutunun (İTİ ) direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev universitetin müəllim və tələbə heyəti qarşısında informasiya texnologiyaları mövzusunda çıxış etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elmə, təhsilə, informasiya texnologiyalarının inkişafına daim böyük önəm verdiyini və ölkəmizdə bu sahələrin inkişaf etdiyini xüsusi vurğulayan natiq, müasir dünyada elmin, təhsilin, o cümlədən informasiya texnologiyalarının önəmli rolundan bəhs etdi.
Sonra Qafqaz Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu (AMEA İTİ) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalandı. Memorandumda birgə elmi tədqiqatların aparılması, innovasiya layihələrinin hazırlanması və reallaşdırılması, elmi kadrların hazırlanması, konfrans və seminarların keçirilməsi və digər məsələlər nəzərdə tutulur. R.Əliquliyev də öz çıxışında İTİ ilə Qafqaz Universiteti arasında əlaqələrin əhəmiyyətini vurğulamışdır.
Tədbirin sonunda qonağa xatirə plaketi təqdim olundu.

Tələbələrin bilik yarışı keçirilmişdir
Qafqaz Universitetində “Müasir Azərbaycan və “Çağ” Öyrətim Şirkətinin 20 illiyinə həsr edilmiş bilik yarışı” keçirilmişdir.
Bu münasibətlə keçirilən tədbirdə universitetin rektoru, professor Əhməd Saniç rəhbərlik etdiyi ali məktəbdə qazanılan uğurlardan danışmışdır.
Milli Məclisin deputatı Cavanşir Feyziyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinin geniş qeyd olunmasının əhəmiyyətini vurğulamışdır.
“Çağ” Öyrətim Şirkətinin fəaliyyəti barədə fikirlərini açıqlayan C.Feyziyev şirkətin təhsilin inkişafındakı səmərəli rolunu diqqətə çatdırmış, gəncləri təhsildə yeni nailiyyətlər əldə etməyə çağırmışdır.
Tədbirdə Qafqaz Universitetinin fəaliyyətindən bəhs edən film göstərilmişdir. Sonra tələbələr öz bilik və bacarıqlarını nümayiş etdirmişlər.
Tədbirin sonunda Qafqaz Universitetinin rektoru Əhməd Saniç qonağa xatirə plaketini təqdim etmişdir.
Gülşən Hüseynova
“Respublika”.
http://www.respublica-news.az/2011/12/23/18719/

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF