“Mesenat” yenə səhnədə

28 December, 2011
Qafqaz Universitetinin teatr dərnəyi, müasir həyatla ayaqlaşan çağdaş tələblərə cavab verən tamaşalar hazırlayır. Həvəskar tələbələr teatrdan estetik zövq almaqla yanaşı, həm də bilik və mədəni səviyyələrini yüksəldirlər. Teatr özfəaliyyəti kollektivinin bədii rəhbəri, sənətşünaslıq namizədi Zəminə Axundovanın verdiyi quruluş əsasında Əli Əmirlinin milyonçu Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən “Mesenat” pyesinin eyniadlı ilk tamaşası Dövlət Gənc Tamaşaçılar Teatrında  oynanıldı. Anşlaqla keçən tamaşa teatrsevərlərin yaddaşında dərin izlər qoya bildi.
Dekabrın  29-da saat 12:00-da “Mesenat” tamaşası tələbə aktyorların ifasında  Abşeron rayon Mədəniyyət Evində nümayiş olunacaq. Universitetin tələbələrini, məzunları, valideynləri ədəbiyyat və teatrsevərləri xalqımızın yaddaşında xeyirxah əməlləri ilə dərin izlər buraxmış Hacı Zeynalabdin Tağıyevin tale dramına baxmağa dəvət edirik.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır