FOTOSESSİYA

[ 29 Dekabr 2011 17:04 ]
Bakı-APA. Bu gün Qafqaz Azərbaycan-Türkiyə Özəl Gimnaziyasında “Zambaq” Uşaq Bağçası 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən müəssisənin rəhbəri Sərdar Çelik bayram münasibətilə valideynləri təbrik edib, onlara uğur arzulayıb. O uşaq bağçası haqqında məlumat verərək, burdakı yüksək hazırlıq səviyyəsindən danışıb.
Daha sonra bağçanın “Arılar”, “Göyərçinlər”, “Ulduzlar” və “Şirinlər” qruplarının hazırladıqları “Bağçamızda şənlik var, Yığışın ay qonaqlar” adlı proqram təqdim olunub. Uşaqlar şeir söyləyib, mahnı oxuyub, səhnəciklər nümayiş etdiriblər.
Tədbirin sonunda Qafqaz Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının müdiri Sərhat Aktaş çıxış edərək, tədbir üçün müəllimlərə və balacalara minnətdarlığını bildirib. O deyib ki, Qafqaz Gimnaziyası daim yetirmələrinin uğuru ilə sevinir və gündəmdə olur: “Uşaqların hələ bağça yaşlarından istedadlarının aşkarlanması çox vacibdir. Biz bu gün istedadlı uşaqların hazırladığı mükəmməl bir proqram izlədik. Ümid eləyirəm ki, bu balacalar gələcəkdə də yaxşı təhsil alaraq, öz istedadları sayəsində Vətənimizi layiqincə təmsil edəcəklər”.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır