Azərbaycan Ekologiya və Təbii Sərvətlər nazirliyində görüş

31Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni təqvim ilinin başlanması münasibətilə “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Dr. Enver Özeren, Azərbaycan Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz və müşavir Ağarəsul Məmmədov Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyevlə görüşüblər.
F. Əliyev keçən il keçirilən olimpiadanın xoş təsir etdiyini və Azərbaycanı təbliğ etmək baxımından əlverişli keçdiyindən məmnun qaldıqlarını bildirib və növbəti olimpiadanın da daha yaxşı keçəcəyinə inandıqlarını ifadə edib. 
Görüş zamanı əsasən hər iki tərəf gələn ilin aprelində keçiriləcək məktəblilərin Ətraf  Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasına hazırlıqla əlaqədar məsələlər barədə danışılaraq müzakirə olunub və bununla əlaqədar olaraq lazımi işlərin görüldüyü bildirilib.
http://www.cag.edu.az/v2/index.php/8-cagdan-xbrlr/414-azrbaycan-ekologiya-v-tbii-srvtlr-nazirliyind-goerues.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır