“Fairmont Baku” oteli əmək yarmarkası keçirmişdir
Dünya otel sənayesinin liderlərindən olan “Fairmont
Baku” oteli “Bənzərsiz şirkətdə misilsiz karyeralar” adlı əmək
yarmarkası təşkil etmişdir.
AzərTAc xəbər verir ki, Heydər Əliyev adına İdman-Konsert Kompleksində
keçirilən əmək yarmarkasında 500-dən çox potensial namizəd iştirak etmiş
AzərTAc xəbər verir ki, Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən əmək yarmarkasında 500-dən çox potensial namizəd iştirak etmiş, öz istedad və bacarıqlarını sınamışdır.
Bu layihə üzrə “Fairmont Baku” 6 təhsil ocağı - Azərbaycan Dillər Universiteti, “Qafqaz” Universiteti, “Odlar Yurdu” Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlıq etmişdir.
Otelin baş direktoru Adrian Ellis bildirmişdir: “Fairmont Baku” rəsmi açılışdan sonra genişmiqyaslı təlimlər keçirəcəkdir. Biz bu ənənəni Bakıda Təlim Akademiyasının yaradılması ilə davam etdirəcəyik. “Fairmont Baku” təxminən 350 nəfəri işlə təmin edəcəkdir. Müvafiq istedad və bacarığa malik olan təcrübəsiz işçilər akademiyada keçirilən təlimdə iştirak edəcəklər.
“Fairmont Baku” oteli 2012-ci ilin yaz aylarında fəaliyyətə başlayacaqdır.
http://www.azertag.com/node/896351
