Ümummilli Lider Heydər Əliyevin məzarı ziyarət edildi

Ulu Öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar olaraq “Çağ” Öyrətim İşlətmələrinin tədris müəssisələrinin kollektivi Fəxri Xiyabana gələrək Azərbaycan xalqının Ümummilli Lideri “Çağ” Öyrətim Şirkətinin Fəxri Baş Müəllimi Heydər Əliyevin məzarını ziyarət ediblər. Ziyarətçilər arasında “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Dr. Enver Özeren, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz və bir qrup müəllim və şagirdlər iştirak ediblər. Ziyarətçilər “Çağ” Öyrətim İşlətmələri tədris müəssisələrinin kollektivi adından Ulu Öndərin büstü önünə tər qərənfillər qoyublar. Sonra Ümummilli Lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

http://www.cag.edu.az/v2/index.php/8-cagdan-xbrlr/399-uemummilli-lider-heydr-liyevin-mzar-ziyart-edildi.html