“Anam Azərbaycan” layihəsi məktəblilərə təqdim olundu


Azərbaycan Respublikasının dövlət müstəqillliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının əməkdar artisti Tünzalə Ağayevanın “İrəli” İctimai Birliyinin dəstəyi ilə gənclər arasında milli vətənpərvərlik ruhunun yüksəldilməsinə həsr olunan birgə layihəsi çərçivəsində Qafqaz Azərbaycan – Türkiyə Özəl Gimnaziyasında  “Anam Azərbaycan” vətənpərvər albomunun təqdimat mərasimi keçirilmişdi.
Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva uşaqlar, yeniyetmələr və gənclər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək, milli vətənpərvərlik ruhunu aşılamaq və gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasının təbliğinin vacibliyini vurğuladı. O bildirdi ki, vətənpərvərlik işi məhz uşaq bağçasından, məktəblərdən, eləcə də hər bir evdən başlamalıdır.
 Əməkdar artist Tünzalə Ağayeva isə öz növbəsində məlumat verdi ki, “Anam Azərbaycan” layihəsinin ilk təqdimatı “Çeburaşka” uşaq baxçasında keçirilmişdi, bu da təsadüfi deyil, çünki “Uşaqlar ağ vərəq kimidir, biz onların düşüncəsinə, yaddaşına nə yazsaq, o ruhda, o düşüncədə də böyüyəcəklər” – deyən əməkdar artist Tünzalə Ağayeva uşaq bağçasından və məktəbdən sonra,  universitetlərdə və hərbi hissələrdə də layihənin təqdimatının keçirələcəyini və disklərin gənclər arasında geniş yayılacağını bildirdi.
http://ganirapashayeva.com/2011/12/28/anam-az%C9%99rbaycan-layih%C9%99si-m%C9%99kt%C9%99blil%C9%99r%C9%99-t%C9%99qdim-olundu/

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF