«AzTelekom” İstehsalat Birliyi təhsil müəssisələri ilə əməkdaşlığa əhəmiyyət verir

“AzTelekom” İstehsalat Birliyinin baş direktoru Məhəmməd Əsgər oğlu Məmmədov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsindəki xidmətlərinə görə “Əməkdar Mühəndis” fəxri adı ilə təltif olunub.

Bu münasibətlə Çağ Öyrətim İşlətmələri şirkətinin prezidenti Ənvər Özərən, Qafqaz Universitetinin rektoru Prof. Ahmet Saniçin rəhbərliyi ilə bir qrup heyət “AzTelekom” İstehsalat Birliyini ziyarət edərək Məhəmməd Əsgər oğlu Məmmədovu təbrik etdilər.

Görüş səmimi münasibətlərlə yanaşı, işgüzarlığı ilə də yadda qalmışdır. Belə ki, Qafqaz Universiteti və AzTelekom İB-yi arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün əvvəllər atılan addımlar dəyərləndirilmişdir.
Görüşdə “AzTelekom” İB-yinin yeni rabitə texnologiyaları və imkanları haqqında məlumat verilmiş və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.
Qeyd edək ki, AzTelekom İB-yinin baş direktoru Məhəmməd Məmmədov Qafqaz Universiteti ilə əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə etmiş və təbrik üçün öz minnetdarlığını bildirmişdir.
http://mia.az/news/18760.html

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde