Bu il ən yüksək keçid balları Dövlət İdarəçilik Akademiyası və “Qafqaz” Universitetində olub

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-ci il üzrə tələbə qəbulunun nəticələri əsasında ali məktəblərin reytinq cədvəlini müəyyənləşdirib.
Məleykə AbbaszadəGün.Az-ın verdiyi xəbərə görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə bu gün 2011-ci il üzrə tələbə qəbulunun nəticələrinə həsr olunan tədbirdə bildirib.

Onun sözlərinə görə, reytinq cədvəlində ilk yeri Prezident yanında Dövlət İdarəçilik Akademiyası, ikinci yeri Azərbaycan Tibb Universiteti tutub. Sonrakı yerləri isə Azərbaycan Dillər Universiteti, Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Turizm İnstitutu, Naxçıvan Dövlət Universiteti və Bakı Slavyan Universiteti tutur.

M.Abbaszadənin sözlərinə görə, ali təhsil müəssisəsini xarakterizə etmək üçün ixtisasların abituriyent ərizəsində birinci mövqedə göstərilməsi, müsabiqədə iştirak  edən və şərti olaraq 400 və daha çox bal toplayan abituriyent seçimi əsasında hesablanan müsabiqə əmsalı, ali təhsil müəssisəsinə qəbul olan orta statistik abituriyentin topladığı balın miqdarı, eləcə də ali məktəbin dövlət sifarişli müsabiqə yerlərini tutma faizi kimi parametrlərdən istifadə olunub.

Ötən ildə olduğu kimi, yenə də ən yüksək keçid balları Prezident Yanında Dövlət İdarəçilik Akademiyası və Qafqaz Universitetinin ixtisasları üzrə olub.

Həm Azərbaycan, həm rus bölməsində ən yüksək keçid balı “Qafqaz” Universitetinin ixtisaslarınadır. Həm Azərbaycan, həm rus bölməsində ən yüksək keçid balı “Qafqaz” Universitetinin I qrupa daxil olan “Kompyuter mühəndisliyi” ixtisasındadır. Bu ixtisas üzrə keçid balı bu il 677 olub.

Ən aşağı keçid balı isə Azərbaycan bölməsində Azərbaycan Dövlət Aqrar Universitetinin zootexniklik ixtisası (252), rus bölməsində isə həmin ali məktəbin aqronomluq ixtisası (279) üzrə olub.

Rüfət Əhmədzadə
Gün.Az
http://www.gun.az/social/24868.print

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF