Qafqaz Universitetinin rektoru “AzTelekom” İB-ni ziyarət etdi.
16 December, 2011
Qafqaz Universitetinin kollektivi adından rektor Professor Ahmet Saniç “AZTELEKOM” İstehsalat Birliyinin baş direktoru Məhəmməd Əsgər oğlu Məmmədovu “Əməkdar Mühəndis” fəxri adı ilə təltif olunması münasibəti ilə təbrik etdi!
“AZTELEKOM” İstehsalat Birliyinin baş direktoru Məhəmməd Əsgər oğlu Məmmədov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsindəki xidmətlərinə görə “Əməkdar Mühəndis” fəxri adı ilə təltif olunmuşdur.
Bu münasibətlə Çağ Öyrətim İşlətmələri şirkətinin prezidenti Ənvər Özərən, Qafqaz Universitetinin rektoru Prof. Ahmet Saniç və bir qrup heyət “AzTelekom” İstehsalat Birliyini ziyarətə getmişlər. Rektor Prof. Ahmet Saniç Qafqaz Universiteti rektorluğu və professor-müəllim heyəti adından Məhəmməd Məmmədovu “Əməkdar Mühəndis” fəxri adı ilə təltif olunması münasibəti ilə səmimi qəlbdən təbrik etmiş və bu münasibətlə hazırlanmış xatirə plaketini təqdim etmişdir.
Məhəmməd Məmmədov Qafqaz Universiteti ilə əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə etmiş və qonaqlara öz təşəkkürünü bildirmişdir. Görüşdə AzTelekom İB-yinin yeni rabitə texnologiyaları və imkanları barədə qonaqlara məlumat verilmiş və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur. Görüşün sonunda AzTeleKom İB-i ilə tanışlıq gəzintisi keçirilmişdir.

http://qu.edu.az/view_news.php?news=1305&lang=az