TƏRCÜMƏÇİLƏRLƏ GÖRÜŞ
19 December, 2011,
Dekabr ayı Qafqaz Universiteti Tərcümə
bölməsi üçün əlamətdar olmaqda davam edir. Belə ki, ayın əvvəlində
bölmənin müəllimi Şeyda Süleymanovanın tərcüməçiliyi ilə çapdan çıxmış
"Tur Heyerdal-sərhədləri aşaraq, dənizləri aşaraq" kitabının təqdimat
mərasimi keçirildi. Həmin görüşdə Şeyda Süleymanova kitabın tərcüməsi
ilə bağlı geniş məlumat verdi və tələbələri və müəllim heyətini
maraqlanadıran suallara geniş cavab verdi. Ayın 16-da tərcümə bölməsi
tələbələrini daha maraqlı bir görüşlə sevindirdi. Tərcüməçilik sahəsində
neçə illik təcrübələrini bölüşmək üçün Azərbaycan Dillər
Universitetinin bir qrup mütəxəssisi Qafqaz Unversitetinə dəvət
olunmuşdu. Qafqaz Universiteti Tərcümə bölməsinin müəllimi Natiq Adilov
mərasimi açaraq qonaq və tələbələri salamladıqdan sonra qonaqları təqdim
etdi: Uzun müddət Azərbaycan Dillər Universitetində (ADU) tərcümə
kafedrasının müdiri işləmiş görkəmli tərcüməçi professor Qılıncxan
Bayramov, ADU-nun alman dilinin tərcüməsi kafedrasının müdiri professor
Ələkbər Qubatov, ilk dəfə Azərbaycanda Şekspirin faciələrini orijinaldan
tərcümə edən tərcüməçi şair Sabir Mustafa və ADU-nin ingilis dilinin
tərcüməsi kafedrasının müdiri dos. Fialə Abdullayeva. QU Tərcümə
bölməsinin müdiri dos. Nərminə Əliyeva qonaqlarə salamalayaraq onlara
təşəkkür etdi. Qonaqlara bir bir söz verildi, onlar tələbələri maraqlı
çıxışları ilə salamladılar və onları maraqlandıran suallara cavab
verdilər. Görüş sonra Pedagoji fakültəsinin dekanı dos. Erdal Karamanın
otağında gələcək münasibətlər və perspektivlərin müzakirəsi ilə davam
etdi.