Azərkimya İstehsalat Birliyində görüş

 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni təqvim ilinin başlanması münasibətilə “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Dr. Enver Özeren, Azərbaycan Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz Azərkimya İstehsalat Birliyinin Baş direktoru, millət vəkili Muxtar Babayevlə görüşüblər. 
Səmimi şəraitdə keçən görüşdə Dr. Enver Özeren “Çağ” Öyrətim İşlətmələrinin tədris müəssisələrinin təhsildə əldə etdiyi nailiyyətləri, uğurları barədə məlumat verib. Daha yüksək nailiyyətlərin əldə edilməsi üçün lazımi şəraitin hazırlandığını bildirib. 
Millət vəkili Muxtar Babayev bu görüşdən məmnun olduğunu bildirib və “Çağ” Öyrətim İşlətmələrinin pedaqoji kollektivinə təhsildə uğurlar diləyib. 

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır