Gimnaziyada “Anam Azərbaycan” adlı albomun təqdimat mərasimi keçirilib


 “Qafqaz” Azərbaycan – Türkiyə Özəl Gimnaziyasında Respublikamızın əməkdar artisti Tünzalə xanım Ağayevanın Azərbaycan Respublikasının müstəqillik qazanmasının 20 illiyi münasibətilə “ İrəli” İctimai Birliyinin dəstəyi ilə gənclər arasında milli vətənpərvərlik ruhunun yüksəldilməsinə həsr olunan birgə layihəsi “Anam Azərbaycan” adlı albomunun geniş təqdimat mərasimi keçirilib. 
Təqdimat mərasimində millət vəkili Qənirə xanım Paşayeva, Azərbaycan-Türkiyə Özəl Liseylərinin Baş İdarəsinin rəisi Arif Gömleksiz və gimnaziyanın müəllim və şagird kollektivi iştirak edib. Tədbirdə millət vəkili Qənirə xanım Paşayeva çıxış edərək bildirib ki, vətənpərvərlik işi məktəblərdən, eləcə də hər bir evdən başlanır. Məlum olduğu kimi bu gün Azərbaycan torpaqları işğal altındadır. Azərbaycanın mərd- igid oğulları torpaqlarımızı düşmənlərdən müdafiə üçün gecə-gündüz keşik çəkir. Torpaqlarımızın azadlığı uğrunda indiyədək minlərlə gənc oğlan və qızlar şəhid olublar. Belə bir vaxtda daha çox vətənpərvər olmalıyıq və bunu təbliğ etməliyik. Tünzalə xanımın “Anam Azərbaycan” adlı vətənpərvərlik mövzusunda hazırlanmış albomu da düşmənlə mübarizədə, vətənimiz Azərbaycanı sevməkdə mühüm rol oynayacaqdır. Əminəm ki, şagirdlər bu albomu dinləyərək anamız Azərbaycanı daha çox sevərək onu göz bəbəyi kimi qoruyacaqlar.
Sonra Respublikamızın Əməkdar Artist Tünzalə xanım Ağayeva çıxış edərək “Anam Azərbaycan” adlı lahiyənin məqsədi barədə tədbir iştirakçılarına, şagirdlərə ətraflı məlumat verib. Məşhur müğənni həmin albomda sözləri Qənirə xanım Paşayevaya aid olan “Biz gəlirik”, “Azərbaycanlıyam” kimi vətənpərvərlik mövzusunda olan mahnılar ifa edib. Mahnılar tədbir iştirakçıları tərəfindən alqışlarlarla qarşılanıb. 
Sonda Azərbaycan-Türkiyə Özəl Liseylərinin Baş İdarəsinin rəisi Arif Gömleksiz vətənpərvərlik ruhunda olan tədbirlərin şagirdlərin iştirakı ilə keçirilməsinin əhəmiyyətindən danışaraq bunun məktəblilərin yaddaşında uzun müddət iz buraxaraq qalacağını bildirib. Sonra Respublikamızın Əməkdar Artisti Tünzalə xanım Ağayevaya və millət vəkili Qənirə xanım Paşayevaya minnətdarlıq edərək xatirə hədiyyəsi təqdim edib.



Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır