Qafqaz Universiteti ilə AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanmışdır
16.12.2011 [17:17]
Qafqaz Universiteti ilə AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanmışdır
Qafqaz Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft-Kimya Prosesləri İnstitutu arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanmışdır. AzərTAc xəbər verir ki, müəllim və tələbələrin iştirak etdikləri imzalanma mərasimində
AzərTAc xəbər verir ki, müəllim və tələbələrin iştirak etdikləri imzalanma mərasimində Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç rəhbərlik etdiyi ali məktəbin fəaliyyətindən danışmışdır.
Neft-Kimya Prosesləri İnstitutunun direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Vaqif Abbasov ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.
Kimya və kimyanın sənayedəki əhəmiyyətindən bəhs edən V.Abbasov tələbələri təhsildə yeni nailiyyətlər qazanmağa çağırmış, öz tövsiyələrini vermişdir.
Sonra əməkdaşlığa dair anlaşma memorandumu imzalanmışdır.
Sənədi professor Ə.Saniç və AMEA-nın müxbir üzvü V.Abbasov imzalamışlar.
Memorandumda birgə elmi-tədqiqatların aparılması və digər məsələlər nəzərdə tutulur.
http://www.azertag.com/node/895597
