Qafqaz Universitetində bilik yarışması keçirilib

07:56 / 22.12.2011
Dünən Qafqaz Universitetində “Müasir Azərbaycan və Çağ Öyrətim” adlı tədbir keçirilib. Tədbir Qafqaz Universitetinin tarixinə həsr olunmuş filmin nümayişi ilə başlayıb. Qeyd edək ki, tədbirin təşkilatçısı Dil Tədris Koordinatorluğu və Ədəbiyyat Klubudur.
Tədbirdə çıxış edən Qafqaz Universitetin rektoru, professor Ahmet Saniç bu təhsil ocağının fəaliyyəti barədə məlumat verdi. Bildirdi ki, Qafqaz Universiteti fəaliyyətə ulu öndər, ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə başlayıb. Bu gün Qafqaz Universiteti Azərbaycanın özəl ali təhsil müəssisələri arasında özünəməxsus öncül yerlərdən birini tutur. Təhsilin keyfiyyəti və tələbələr üçün yaradılmış müasir standartlara cavab verən şəraiti ilə fərqlənir.
Tədbirdə iştirak edən millət vəkili Cavanşir Feyziyev də universitetin fəaliyyətini yüksək qiymətləndirib, Çağ Öyrətim şirkətinin Azərbaycan təhsilinə verdiyi töhfələrdən danışıb. Onun sözlərinə görə bu il Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticələr göstərmiş tələbələrin hamısı məhz Qafqaz Universitetini seçiblər. Bu fakt bir daha təhsil ocağınınnüfuzundan və keyfiyyətindən xəbər verir.
Tədbirin sonunda tələbələr arasında Müasir Azərbaycan və Çağ Öyrətim şirkətinin 20 illiyinə həsr edilmiş bilik yarışması keçirilib. Yarışmanın sonunda qaliblərə hədiyyələr təqdim olunub.
S.QARAYEVA
http://www.525.az/view.php?lang=az&menu=19&id=38845


Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır