“Karyera üçün xaricdə təhsil şərtdirmi?” Talk Show keçirildi
19 December, 2011
“ÖZ Klub” Dekabrın 18-də müxtəlif
universitetlərdə təhsil alan tələbələrin iştirakı ilə “Xaricdə Təhsil və
Təcrübə Şərtdirmi?” mövzusunda Talk Show keçirdi.
Başlanğıcda “ÖZ Klub”-un direktoru Mirfariz Muradov klubun fəaliyyət
istiqamətləri haqqında məlumat verdi. Talk Show xaricdə təhsil
alıb-almamaqla bağlı iştirakçıların tərəddüdləri, xaricdə təhsil və
təcrübə proqramları, yerli təhsil, xaricdə iş təcrübəsi imkanları və
digər bu istiqamətli məsələlər ətrafında aparılan müzakirələr şəklində
həyata keçirildi.
Müzakirələrdə bir sıra tanınmış ekspertlər - “Baku Education
İnformation Center”-in direktoru Bahar Hacızadə, Qafqaz Universitetinin
Karyera Planlama Mərkəzinin rəhbəri Dr. İsa Qasımov, Psixoloji
Konsultasiya Mərkəzinin direktoru Elnur Rüstəmov, “Association of Young
Azerbaijani Friends of Europe” təşkilatının rəhbəri Asif İsmayılov,
“Oscar” Xaricdə Təhsil Mərkəzinin əməkdaşı Asim Dünyamalıyev,
“Azerbaijan Students and Alumnis International Forum “-un İdarə
Heyətinin üzvü, “Webster Graduate School London”-un magistr məzunu Fariz
Cəfərov iştirak etmişlər. Ekspertlər tərəfindən məsələnin bütün
tərəflərinə aydınlıq gətirildi və peşəkar şərhlər verildi.
Dr. İsa Qasımov