Lənkəran Dövlət Universitetində beynəlxalq konfrans keçirilir

Lənkəran Dövlət Universitetində (LDU) “Dayanıqlı inkişaf və idarəeymə modelləri: nəzəriyyə və praktika” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir
Lənkəran, 24 dekabr (AzərTAc). Lənkəran Dövlət Universitetində (LDU) “Dayanıqlı inkişaf və idarəeymə modelləri: nəzəriyyə və praktika” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir.
Azərbaycanın və bir sıra qonşu ölkələrin nümayəndələrinin iştirak etdikləri tədbir LDU-nun 1 saylı tədris korpusunda ümummili lider Heydər Əliyevin büstünün açılışı ilə başlamışdır. Sonra universitetin idman-tədris kompleksinin açılışı və Elektron Təhsil Şəbəkəsinin təqdimatı olmuşdur.
Sonra konfrans öz işini N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında plenar iclas ilə davam etdirmişdir. Universitetin rektoru, professor Asəf İsgəndərov elmi-praktiki konfransı giriş sözü ilə açmış, iştrakçıları salamladıqdan sonra məruzə etmişdir. Məruzə ətrafında Sumqayıt Dövlət Universitetinin rektoru, professor Nadir Qəhrəmanov, Qafqaz Universitetinin rekroru, professor Əhməd Saniç, Azərbaycan Turizim İnstitutunun rektoru, professor Cəfər Cəfərov və T.Şevçenko adına Kiyev Dövlət Universitetinin professoru Aleksandr Nakoneçnı çıxış etmişlər.
Konfransda dayanıqlı inkişaf və idarəetməyə dair müasir təbiətşünaslıqda, humanitar və ictimai-siyasi elmlər üzrə elmi-praktiki məsəllərə dair 200-dək məruzə dinləniləcəkdir.
Hazırda konfrans öz işni bölmələrdə davam etdirir. Dekabrın 25-dək davam edəcək tədbirin LDU-nun 1 saylı tədris korpusunun ərazisindəki “Dəmir ağacı” parkında keçiriləcək iməcliklə başa çatması nəzərdə tutulmuşdur.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF