Fairmont BAKU karyera günləri keçirdi
Dekabrın 16-da Fairmont BAKU şirkətinin nümayəndələri Qafqaz Universitetində karyera günləri keçirdilər. Görüşdə Fairmont BAKU şirkətinin səlahiyyətli nümayəndələri Paul Kingsbury və Aygün Ağayeva iştirak edirdi.
Qafqaz Universitetinin müvafiq ixtisaslarında ingilis dilində təhsil alan yuxarı kurs tələbələri, magistrları və məzunları ilə görüşən qonaqlar, əvvəlcə, Fairmont BAKU şirkətinin iş profili haqqında məlumat verdilər. Dünyada 5 ulduzlu otel xidməti göstərən “Fairmont Hotels”in turizm sahəsində həyata keçirdikləri və planlaşdırdıqları fəaliyyətlər iştirakçıların marağına səbəb oldu.
Görüşün ikinci hissəsində işitrakçılar şirkətin təklif etdiyi işə müraciət blanklarını doldurarak ilkin müraciətlərini etdilər.
Görüşdən sonra Universitetin elmi-təchizat imkanları ilə tanış olan qonaqlar Qafqaz Universiteti ilə geniş əməkdaşlıqda maraqlı olduqlarını ifadə etdilər.
Xatırladaq ki, “Fairmont BAKU” Parlament prospektində tikintisi başa çatmaq üzrə olan “Alov Qülləri”ndə otelçilik və digər xidmət fəaliyyətlərini icra edəcək şirkətdir.
Dr. İsa Qasımov
http://qu.edu.az/view_news.php?news=1308&link=286&lang=az