Biznes Dünyası Klubu “Barama” layihəsində

23 December, 2011
Mədəniyyət şöbəsi nəzdində fəaliyyət göstərən Biznes Dünyası Klubunun (BDK)  üzvləri Azərcell şirkətinin “Barama” layihəsində iştirak etmək hüququ qazandı. Layihənin əsas məqsədi İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) ilə bağlı yeni ideyaları araşdırmaq, inkişaf etdirmək və onun həyata keçirilməsini təmin etməkdir. Layihədə Iqtisadiyyat və İdarəetmə fakültəsinin baş müəllimi dr.Rasim Abutalıbovun rəhbərliyi ilə Biznes Dünyası Klubu idarə heyətinin 7 üzvü iştirak etdi. 3 turdan ibarət olan layihəyə digər universitetlərdən də  45 tələbə qatıldı. I turda 6 tələbəmiz müvəffəqiyyət qazandı, bu tələbələrdən  4-ü ikinci turda iştirak etdi.
            Digər universitetlərdən  olan 12 tələbə də daxil olmaqla  III tura yalnız 5 tələbə keçməli idi. Sevindirici və təqdirə layiq haldır ki, 4 iştirakçı tələbənin 4-ü də III tura keçdi, digər 1 nəfər isə Azərbaycan Dövlət İqtisad Universitetindən oldu. Barama layihəsində iştirak etmə hüququ qazanan tələbələrimizi:
1.     Azad Şərifxanlı – Biznesin idarə edilməsi bölməsi, V kurs
2.     Rakif Həsənli –  Biznesin idarə edilməsi bölməsi, V kurs
3.     Qəmər Zeynallı – Maliyyə bölməsi, III kurs
4.     Turqut Məmmədli – Bank işi bölməsi,  III kurs
təbrik edir, onların yaradıcı imkanlarını inkişaf etdirəcək bu layihədə cəsarətli ideyalarını uğurla gerçəkləşdirmələrini arzulayırıq.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır