Qafqaz Universiteti ilə AYSmed tibb mərkəzi arasında əməkdaşlıq yüksək səviyyədədir
17 December, 2011
Qafqaz Universitetinin Baş Katibi Dos. Natiq Paşa və Daimi İnkişaf Mərkəzinin Koordinatoru Vüsal Rzayev AYSmed tibb mərkəzinin qonağı oldular. Görüşdə tibb mərkəzinin təsisçisi Dr. Aydın Soltanlı Qafqaz Universiteti ilə bir ildən artıq davam edən əməkdaşlıqdan bəhs edərək, əlaqələrin inkişafını yüksək qiymətləndirdi. Dr. Aydın Soltanlı tibb mərkəzindəki yeniliklərdən, xüsusi ilə yeni gətirilmiş yüksək göstəricili tibbi avadanlıqlardan və gələcək perspektivlərdən ətraflı məlumat verdi.
Qeyd edək ki, görüşdə AYSmed tibb mərkəzinin direktoru Üzeyir Əzizov, labaratorya müdiri Dr.Fərid Məmmədov iştirak edirdilər.
Vüsal Rzayev