“Azərikimya”da tədbir



Read more about idman by Resad
ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin akt zalında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Birlik əməkçilərinin, şəhər ictimaiyyətinin, tələbələrin, məktəblilərin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə təntənəli tədbir keçirilmişdir.

Dünya şöhrətli sənətkar Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə başlanan, daha sonra isə “Həmrəylik” himninin sədaları ilə davam edən tədbirdə leytmotivini ulu öndər Heydər Əliyevin “Həmişə fəxr etmişəm ki, mən azərbaycanlıyam!” sözləri təşkil edən sənədli film nümayiş etdirilmişdir. Dünya azərbaycanlılarının xüsusi təntənə ilə bayram etdikləri Həmrəylik Gününün yaranma tarixindən və onun ölkəmizin və dünya azərbaycanlılarının ictimai həyatındakı müstəsna əhəmiyyətindən söhbət açılmışdır. Daha sonra tədbir “Azərikimya” İB-nin, Sumqayıt Texnoparkının, “AZENKO” ATSC-nin, “Azərboru” ASC-nin, ali və orta təhsil ocaqlarının - Qafqaz Universitetinin,  Sumqayıt Texniki kollecinin, həmçinin KİV nümayəndələrinin təmsil olunduqları 9 komanda arasında keçirilən breyn-rinq yarışması ilə davam etdirilmişdir. Münsiflər heyətinin qərarına əsasən müsabiqədə daha böyük fəallıq nümayiş etdirən mətbuat nümayəndələri birinci, Qafqaz Universitetinin və “Azərikimya” İB-nin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutmuşlar.

Qalib komandalar “Azərikimya” İB tərəfindən xüsusi diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır