Sosial İqtisadi Tədqiqatlar Mərkəzi Yeni Bir Layihəni Müvəffəqiyyətlə Hazırladı

18 December, 2011
Alternativ enerji qaynaqlarından xüsusilə günəş və külək enerjisi artıq bir çox ölkədə müzakirə edilməkdən çıxmış və artıq neçə illərdir ki, həyata keçirilməyə başlanmışdır. Azərbaycanda bu cür enerji növləri ilə zəngindir və yüksək potensiala sahibdir. Xüsusilə son zamanlarda ölkəmizin artan enerji tələbatı onun iqtisadi inkişafının və əhalinin rifahın yüksəlməsi bunun bariz bir nümunəsidir ki, bu tələbatı da qarşılamaq üçün enerji istifadə mənbələrinin çeşitləndirilməsi strateji xarakter daşıyır.
Enerji sektorunda meydana gələn bu yeniliklər ölkə rəhbərliyinin diqqətindən qaçmamış və Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Cənablarının 462 saylı 21 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramının” hazırlanması və icrası Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi başda olmaqla digər aidiyyatı qurumlara tapşırılmışdır.
Yuxarıda sadalananları diqqət mərkəzində saxlayaraq Mərkəzimiz Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “gənc alim və mütəxəssislər” üçün elan etdiyi qrant müsabiqəyə “alternativ və bərpa oluna bilən enerji resursları” haqqında layihəni yazıb qurtarmışdır. Layihənin məqsədi də bu proqrama uyğun olaraq ciddi çalışmalar aparmaq, alternativ enerji sektorunun inkişaf xronologiyasını tədqiq etmək, beynəlxalq aləmdə tətbiq olunan təcrübəni yaxından təqib etmək və Azərbaycanda bu sahənin inkişaf potensialını və tətbiq oluna bilmə qabiliyyətini detallı bir şəkildə öyrənmək, bu mənbələrdən əldə olunacaq enerjinin ümumi enerji istehlakı içərisində nə nisbətdə olacağını araşdırmaq və nəhayətində bununla bağlı yekun bir strategiya planı və ya hesabat hazırlamaqdır.
Dünyada olduğu kimi Azərbaycanda da enerjiyə olan tələbat istər məişət sahəsində istərsə də istehsalatda davamlı olaraq artmaqdadır. Azərbaycan Respublikasının əhalisinin artım tempinin müsbət olduğunu nəzərə alaraq və bu artıma paralel olaraq iqtisadiyyatda meydana gələn yüksək inkişaf tempi 2030-cu ildə ölkəmizin enerji tələbatının 100% artacağını proqnozlaşdırılır. Ümumilikdə isə bütün dünyada enerji istehlakı ortalama olaraq 60% artacağı təxmin edilir.
Dünyada yaranan bu tendensiyanı yaxından izləmək və ölkəmizdə mövcud tələbatı və gələcəkdə yarana biləcək ehtiyacları yaxından öyrənmək üçün alternativ enerji qaynaqlarının inkişafına və istifadəsinə yönəlik ciddi tədqiqat işləri aparmaq və dünyada ən yeni təcrübənin Azərbaycanda tətbiq etməyin mümkünlüyünü araşdıraraq sektor analizi aparmaq bizim əsas hədəfimizdir.

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde