"Zamanın idarə olunması" seminarı baş tutdu
5 aprel tarixində Qafqaz Universiteti Tələbə Gənclər Təşkilatının təşkil etdiyi "Fərdi İnkişaf Məktəbi" layihəsi çərçivəsində Fəxri Ağayevin təqdimatında "Zamanın idarə olunması" seminarı təşkil olundu. Fəxri Ağayev hal-hazırda biznesin idarə olunması üzrə professional konsultant, Qafqaz Universitetinin müəllimi, biznesin idarə olunması, menecment idarəçiliyi, zamanın idarə olunması, karyera planlaşdırması və s. mövzularda müxtəlif qəzet və xəbər saytlarına məqalələr yazarıdır. Qafqaz universiteti yanaşı digər universitet tələbələrinin də iştirak etdiyi seminarda hər kəs üçün 24 saat mövcud olan sutkalıq planlama, fərqinə varılmadan boşa israf olunan zamanın dəyərləndirilməsi, dünya dahiləri və tanınmışlarının gündəlik zaman idarələrindən və s. bəhs olundu. Bununla yanaşı təlimçi seminar iştirakçılarının ünvanlamış olduğu sualları da cavablandırdı.
Allmag.az