Tələbələrimizin daha bir uğuru

Qafqaz Universitetinin tələbələri yüksək nəticələr göstərmişlər      iki sahilARDNŞ-nin qrant layihələri hesabına fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyi Azərbaycanda təhsilin inkişafına töhfələr verməkdə davam edir.Təhsil Mərkəzinə daxil olan Qafqaz Universitetinin tələbələri hər il beynəlxalq və respublika miqyaslı müsabiqələrdə yüksək nəticələr əldə edirlər. Bu günlərdə Universitetdə IT-Universe Beynəlxaq Proqramlaşdırma müsabiqəsinin yarımfinal mərhələsi (Azərbaycan birinciliyi) keçirilmişdir. Birincilikdə Qafqaz Universitetinin 10, Moskva Dövlət Universitetinin Bakı Filialının 2 tələbəsi iştirak etmişdir. Onlayn keçirilmiş müsabiqədə tələbələrə 4 saat ərzində 5 alqoritmik məsələnin həlli tapşırığı verilmiş, cavablar onlayn avtomatik sistemi vasitəsilə qiymətləndirilmişdir. 1 birinci, 3 ikinci və 2 üçüncü yerə Qafqaz Universitetinin tələbələri, 1 üçüncü yerə isə Moskva Dövlət Universitetinin Bakı Filialının tələbəsi layiq görülmüşdür. Müsabiqənin nəticələrinə görə 7 tələbə (Qafqaz Universiteti-5, Moskva Dövlət Universitetinin Bakı Filialı-2) 6-9 iyun 2014-cü il tarixlərində Qazaxıstan Respublikasında keçiriləcək IT-Universe Beynəlxaq Proqramlaşdırma müsabiqəsinin final mərhələsinə vəsiqə qazanmişlar. Qeyd edək ki, müsabiqənin martda keçirilmiş 1/4 final mərhələsində Azərbaycanın 5 Universitetindən 48 tələbə (Qafqaz Universiteti-25, Azərbaycan Dövlət Neft Akademiyası-11, Moskva Dövlət Universitetinin Bakı Filialı-7, Azərbaycan Texniki Universiteti-4, Bakı Dövlət Universiteti-1 tələbə) iştirak etmiş və 13 tələbə yarımfinala vəsiqə qazanmışdı

ikisahil.com

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF