Azərbaycan Bank Tədris Mərkəzinin qonağı olduq.
Daimi İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Universitet nümayəndələrimiz ilə Azərbaycan Bank Tədris Mərkəzinin Direktoru Cavanşir Abdullayev arasında görüş keçirilib. Görüş zamanı Universitetimizin həyata keçirdiyi tədris metodundan məmnun qaldığını bildirən Cavanşir müəllim, Qafqaz Universitetinin hər zaman öz fərqliliyi ilə seçildiyini vurğuladı. Cavanşir müəllim bildirdi ki, Bu gün kommersiya bank işi və biznesin idarə edilməsi sahəsində Azərbaycan təlim və məsləhət xidmətləri bazarında aparıcı təşkilat olan Azərbaycan Bank Tədrsi Mərkəzi Azərbaycan Mərkəzi Bankının təşəbbüsüvə dəstəyi, Azərbaycan Banklar Assosiasiyasının təsisçiliyi və yaxından köməyi, Avropa Birliyi TACİS proqramının texniki yardımı ilə 2000-ci ildə yaradılmşdır. Bir çox sahələrdə xidmət göstərdiklərini bildirən Cavanşir bəy, əsas Bank sektoru iləyaxından təmasda olduqlarını vurğuladı., Qafqaz Universitetinə hər zaman böyük etimadlarının olduğunu bildirdi. Və son kurs tələbələrinə master klassların keçirilməsində, hər zaman dəstək olacağını qeyd etdi.
http://www.qu.edu.az/az/news/Az%C9%99rbaycan-Bank-T%C9%99dris-M%C9%99rk%C9%99zinin-qona%C4%9F%C4%B1-olduq-5194.html