“Qafqaz”da “Sənaye ili”nə həsr olunan simpozium keçirilib

 


Qafqaz Universitetinin Sənaye mühəndisliyi bölməsi və “Gənc Mühəndislər” İctimai Birliyinin təşkilatçılığı ilə “2014 “Sənaye ili”nə həsr olunan Azərbaycan müəssisələrinin intensiv inkişafında sənaye mühəndisliyi və sənaye mühəndislərinin rolu” adlı I elmi-praktik simpozium keçirilibÇıxış edən universitetin rektoru, prof. Ahmet Saniç ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu inkişaf siyasətini uğurla davam etdirən möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrinin sürətli inkişafından danışıb: “Hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədi ilə bir sıra tədbirlərin həyata keçirilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 yanvar 2014-cü il tarixli sərancəmına əsasən, 2014-cü il Azərbaycan Respublikasında “Sənaye ili” elan edilib”. O, qeyd edib ki, möhtərəm prezidentimiz tərəfindən 2014-cü ilin “Sənaye ili” elan olunması ali məktəblərin də üzərinə məsuliyyət qoyur.

Qafqaz Universitetinin Mühəndislik fakültəsinin dekanı, dosent Yadullah Babayev çıxışında bildirib ki, Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılıb, sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artıb.

http://www.qu.edu.az/az/news/%E2%80%9CQafqaz%E2%80%9Dda-%E2%80%9CS%C9%99naye-ili%E2%80%9Dn%C9%99-h%C9%99sr-olunan-simpozium-ke%C3%A7irilib-5327.html

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF