“Vicdanın cəzası”

“Vicdanın cəzası”

Aprel ayının 3-də Mədəniyyət şöbəsi Ədəbiyyat klubunun təşkilatçılığı ilə  Qafqaz Universitetində millət vəkili, yazıçı Hüseynbala Mirələmov ilə görüş keçirildi. Bu görüşdə yazıçının “Vicdanın cəzası” adlı sonuncu kitabı müzakirə edildi. Görüşdə universitetin rektoru Ahmet Sanıç, universitetin müəllim və professor heyəti iştirak edirdi. Müzakirələrdən öncə yazıçının həyat və yaradıcılığı haqqında qısa metrajlı film nümayiş edildi. Giriş sözü ilə çıxış edən professor, elmlər doktoru Minaxanım Nuriyeva yazıçı Hüseynbala Mirələmov şəxsiyyəti və ədəbi yaradıcılığının bir vəhdət olduğunu vurğuladı.

“Vicdanın cəzası” kitabına daxıl olan əsərlərin müzakirəsi səmimi bir şəraitdə keçdi. Tələbələrin Hüseynbala Mirələmova ünvanlanan sualları və yazıçının yaradıcılığı haqqında maraqlı fikirləri və mövqelər səsləndirildi. Yazıçı bütün suallara geniş cavablar verərək tələbələrin fikirlərini yüksək qiymətləndirdi.  Görüş iştirakçılarının “Yazıçının nə üçün bu kitabında məhz Qarabağ, erməni- Azərbaycan mövzusuna toxunması” sualına yazıçı bu hadisələrin şahidi olduğunu və bu faciələrə səssiz qala bilmədiyini, bu olanları gələcək nəsilə ötürmək üçün yazılmasını vacib bildiyi üçün qələmə aldığını izah etdi. Müzakirə boyunca Qarabağ bölgəsindan olan tələbələrin ailələrindən eşitdiklərini bölüşərək öz fikirlərini bildirmələri xüsusi maraq doğurdu.  Hüseynbala Mirələmovun diqqətini çəkən xüsusi bir məqam bu görüşün  Ədəbiyyat klubu üzvləri tərəfindən təşkil olunması oldu. Tələbə gənclərin sosial fəaliyyətini dəyərləndirən yazıçıya universitet rektorunun  “Mən də Sizin kimi bu tədbirə dəvətliyəm. İnanın gün ərzində Tələbə klublarının bir neçə layihələrində iştirak edirəm. Bu tədbirləri təqib etmək bəzən vaxt ölçüsündən çətin olur” cavabı Ədəbiyyat klubunun fəliyyəti ilə daha yaxından tanışlıq istəyini yaratdı. Klubun tanıtımı və təqdimatına aid olan video çarx nümayiş olundu. Yazıçı Hüseynbala Mirələmov klubun fəaliyyətini çox yüksək qiymətləndirdiyini və müxtəlif universitetlərdə belə görüşlərdə iştirak etməsinə baxmayaraq Qafqaz universiteti tələbələrinin daha səlist və şüurlu düşündüyünü, görüşün gedişatını çox bəyəndiyini ifadə etdi. Yazıçı onun yaradıcılığına universitetdə maraq göstərildiyini önə çəkərək, hələ bir ay əvvəl Universitetin səhnəsində dram dərnəyi üzvlərinin sənətşünaslıq üzrə fəlsəfə doktoru Zəminə Axundovanın quruluşunda “Xəcalət” tamaşasını yüksək səviyyədə nümayiş olunmasını bir daha alqışladı. O, tələbələrə mütaliənin önəmindən bəhs edərək çox oxumağı məsləhət gördü və gələcək zamanlarda yenidən belə görüşə gəlməkdən məmnun olacağını dilə gətirdi. Görüşün sonunda rektor Ahmet Saniç Hüseynbala Mirələmovun müxtəlif siyasi və önəmli vəzifələrdə çalışmasına baxmayaraq mütaliə edib, əsərlərini qələmə almasını təqdir edərək, tələbələrə müraciətlə zamanın elastik olduğunu, nə qədər çox şey sığışdıra biləcəyimizi anladaraq  bu zamanı düzgün istifadə etməyə çağırdı.   Rektor, millət vəkili Hüseynbala Mirələmova universitetin sənət kursları tələbələrinin əl işlərindən bir ebru sənəti nümunəsini hədiyyə etdi. Görüş yazıçı ilə görüş iştirakçılarının xatirə şəklinin çəkilməsi və yazıçı Hüseynbala Mirələmovun öz müəllifi olduğu kitablara  şəxsi imza atması ilə yekunlaşdı.

                                                                                                          Mədəniyyət şöbə müdirliyi

http://www.qu.edu.az/az/news/%E2%80%9CVicdan%C4%B1n-c%C9%99zas%C4%B1%E2%80%9D-5157.html

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF