VIII Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadasının qalibləri mükafatlandırılıb



VIII Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadasının qalibləri mükafatlandırılıb

Sərhədçi İdman-Olimpiya Kompleksində VIII “İNEPO-AVRASİYA” Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadasının bağlanış və mükafatlandırılma mərasimi olub . İlk olaraq Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra “İNEPO-AVRASİYA”nın fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.Olimpiadanın təşkilatçıları Təhsil Nazirliyi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbəri olduğu İDEA kompaniyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Neft Şirkəti, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi, “İnepo-Avrasiya” ekologiya ictimai birliyidir.ARDNŞ-nin ətraf mühitin mühafizəsi üzrə vitse-prezidenti, “İNEPO-AVRASİYA” təşkilat komitəsinin sədri Rəfiqə Hüseynova bildirib ki, bu il keçirilən VIII Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadasında 51 ölkədən 500-ə qədər iştirakçı yarışıb. Olimpiadaya 2013-cü ildə 45 ölkədən 450-dən artıq iştirakçı gəlib. Azərbaycan məktəblərindən 200-dən artıq layihə arasından 60 layihə, xarici ölkələrdən isə 58 layihə seçilib. Bu il Azərbaycanla yanaşı, 51 xarici ölkədən 425 layihədən 58, Azərbaycanda isə 180 orta məktəbdən 214 layihə təqdim olunub, onlarda n 62-si növbəti mərhələyə keçib.
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq olimpiadaya 8 ildir ev sahibliyi edir və bu müddət ərzində iştirakçıların sayı ildən-ilə artır. Olimpiadanın məqsədi dünyada artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin qorunub, saxlanması mövzusunda gənc nəsli yetişdirmək, şagirdlərdə ekoloji şüuru inkişaf etdirmək, ətraf mühitə qarşı həssas, müsbət münasibəti formalaşdı rmaq, təbii, mənəvi, tarixi və sosial estetik dəyərləri qorumaq, problemlərin həllində şagirdlərin iştirakı ilə müxtəlif layihələr əldə etməkdən ibarətdir: «2007-ci ildə keçirilən ilk tədbirə 17 ölkə qatılmışdısa, bu il onların sayı qeyd etdiyimiz kimi 51-ə çatıb. Bu il olimpiadaya qatılmış xarici ölkədən gələn şagirdlər öz ölkələrinə qayıtdıqdan sonra Azərbaycan barədə geniş təəssüratlarını oradakı həmvətənlərinə çatdıracaqlar». 
Daha sonra mükafatlandırma mərasimi keçirildi. İlk olaraq bürünc mükafatları, daha sonra isə gümüş və qızıl mükafatlar mill ət vəkilləri, ictimai xadimlər, dövlət strukturlarının təmsilçiləri tərəfindən qaliblərə təqdim olundu.Olimpiadaya qatılmış iki məktəbliyə isə SOCAR-ın xüsusi mükafatı təqdim olunub. Xarici tələbələr Azərbaycan dilində mahnı da ifa etdilər. Daha sonra çıxış edən ARDNŞ-in vitse-prezidenti, Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin sədri Xalid Məmmədov bildirib ki, bu cür tədbirlərin təşkilində Azərbaycan həmişə fəal rol oynayır. Ölkəmizdə insan kapitalının formalaşdırılmasına çox ciddi diqqət yetirilir. Təhsilin inkişafı üçün mühüm addımlar atılır. Bu cür beynəlxalq tədbirlərin təşkili qarşıya qoyulan məqsəd uğrunda inamla addımlamağımızın sübutudur.
http://525.az/site/?name=xeber&news_id=17089

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF