"Tələbə baharı” festifalının pop musiqisi üzrə qalibi kim olub?



"Tələbə baharı” festifalının pop musiqisi üzrə qalibi kim olub    xalq.azQafqaz universitetində tələbələrin hərtərəfli yetişməsinə xüsusi diqqət yetirilir.
Universitetin Mədəniyyət şöbəsinin əməkdaşları incəsənətin məna və mahiyyətini, onun insanların qəlbinə, hissinə, əqidəsinə dərin təsirini, tərbiyəvi əhəmiyyətini, ideya-estetik keyfiyyətini xüsusi dəyərləndirir. Mədəniyyət şöbəsi nəzdində dərnəklər koordinatorluğu və ebru-dizayn kursları əl işləri sənət otağı, rəqs, xor, ansambl və teatr məşq zalları fəaliyyət göstərir.Şöbənin nəzdində ümumilikdə 20-dən artıq dərnək fəaliyyət göstərir ki, onların da əsas funksiyası maraq klubları şəbəkəsində  tələbə gənclərin intellekt səviyyəsini yüksəltmək, bir çox sosial və mədəni fəaliyyətləri həyata keçirməkdən ibarətdir. Klub təmsilçiləri dünyada gedən proseslər çərçivəsində seminar, panel və konfranslar təşkil edir, kimsəsiz və az təminatlı ailələrə maddi və mənəvi kömək göstərirlər.
  Əlamətdar tarixi günlər və hadisələr, xalq bayramları, il ərzində respublikanın həyatında baş verən mühüm hadisələrlə əlaqədar keçirilən tədbirlərdə bədii özfəaliyyət kollektivləri  yaxından iştirak edirlər. Özfəaliyyət dərnəklərində iştirak edən tələbələr tanıtım, əyləncə və bayram proqramları, xatirə və yaradıcılıq gecələri təşkil edir, mədəni-kütləvi tədbirlərinin keçirilməsi və təşkili işində yüksək bacarıq və qabiliyyət nümayiş etdirirlər.
 Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə MDB-yə üzv dövlətlərin ali təhsil müəssisələri tələbələrinin iştirakı  ilə “Tələbə baharı”VIII Ümumrespublika tələbə yaradıcılığı festivalının seçim mərhələsi keçirilib. Rusiya, Ukrayna, Qırğızıstan, Moldova, Tacikistan, Belarus və Özbəkistandan olan tələbələrin də iştirak etdiyi 
 festivala müxtəlif nominasiyalar üzrə 20-dən çox ali təhsil müəssisəsindən 200-dən çox tələbə festivala qatılıb.
Qafqaz universitetinin tələbələri də “Tələbə baharı” adlanan festifalda müxtəlif   nominasiyalar
və janrlar üzrə müvəffəqiyyət qazanıblar.Belə ki  beynəlxalq status daşıyan
festivalda universitetin Milli rəqslər üzrə (qızlardan ibarət) kollektivi III yerə, pop musiqisi nominasiyası üzrə mühəndislik fakültəsinin Sənaye mühəndisliyi bölməsinin I kurs magistr tələbəsi Orxan Tağızadə I yerə, pedaqoji fakültə Riyaziyyat və İnformasiya müəllimliyi bölümünün IV kurs tələbəsi Orxan Şükürlü (gitar) II yerə,
Pedaqoji fakültənin riyaziyyat müəllimliyi bölməsinin I kurs tələbəsi Leyla Fərzəliyeva və mühəndislik fakültəsi Kompüter mühəndisliyi bölməsinin hazırlıq kursu tələbəsi Arzu Həsənli  (duet ifa) III yerə layiq görülüblər. Universitetin xor özfəaliyyət kollektivi isə VIII Ümumrespublika tələbə yaradıcılığı festivalının laureatı seçilib.
“Tələbə baharı” VIII Ümumrespublika tələbə yaradıcılığı festivalının Qala konsertinin 28 may tarixində Quba şəhərində keçirilməsi planlaşdırılır.
xalq.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF