Konfransda çıxış edən Qafqaz
Universitetinin rektoru, professor Ahmet Saniç gənclərə müraciətlə dedi: “Bu
gün gənc elm adamlarını görəndə Azərbaycan elminin inkişafını görməmək mümkün
deyil. Əziz gənclər, cəmiyyətə fayda verəcək elmlə məşğul olun və etdiyiniz
nailiyyətləri layihə şəklində tətbiq etməyə çalışın”.
Qeyd edək ki, tədbirdə iqtisad
elmləri doktoru, professor Əvəz Bayramov və fəlsəfə doktoru Eldar
Aslanov da çıxış edərək, ümumilli lider Heydər Əliyevin adı ilə bağlı olan
konfransın xarici ölkələrdən gələn elm adamlarına onun ideyalarının təbliği
baxımından əvəzsiz xidməti olacağını qeyd etdilər.
Həvva Cəlilova
|