Azərbaycanlı tələbələr ilk dəfə robot hazırlayacaqlar

Azərbaycanlı tələbələr ilk dəfə robot hazırlayacaqlar
Azərbaycanlı tələbələr ilk dəfə robot hazırlayacaqlarAzərbaycanda I Respublika robot proqramlaşdırma müsabiqəsi keçiriləcək. Müsabiqə "AzRoboHack" Qafqaz Universiteti İKT Elmi Tədqiqat Mərkəzinin (QU İKTETM) təşkil etdiyi robot proqramlaşdırma yarışı layihəsidir. Layihənin məqsədi respublika universitet tələbəsinin potensialını ortaya çıxarmaq, tələbələrin az vaxtda çox iş görmək bacarığını inkişaf etdirmək, tələbələrin robototexnikaya olan marağını artırmaqdır.Təşkilat Komitəsindən qeyd edilib ki, layihə Azərbaycan universitetləri arasında bir ilkə imza atmaq, tələbələrin potensialını ortaya qoymaq, onların az vaxta çox iş görmək bacarığını inkişaf etdirmək, robototexnikaya olan marağını artırmaq, həmçinin ölkədə bu sahəyə olan diqqəti artırmaq məqsədilə reallaşdırılır. Universitet bu sahədə əldə etdiyi potensialı göstərərək, digər universitetləri də rəqabətə səsləyir. Qeydiyyat üçün son tarix 27 apreldə tamamlanacaq. Seçim müsabiqəsi (onlayn) 28 -29 aprel tarixlərində baş tutacaq. Qəbul haqqında məlumat isə 30 apreldə veriləcək. Bundan başqa, 3-4 may tarixlərində təlimlərin təşkili nəzərdə tutulur.  Müsabiqənin finalı 5-6 may tarixlərində keçiriləcək.Layihədə iştirak şərtlərinə gəlincə, burada bütün Azərbaycan universitetlərinin bakalavr və ya magistr tələbələrindən təşkil edilmiş komandalar iştirak edə bilər. Hər komandanın iki üzvü ola bilər. Qeydiyyatdan keçmiş komanda üzvləri eyni universitetdən olmalıdırlar. İştirakçıların minimum riyazi məntiq və proqramlaşdırma bilikləri olmalıdır - bunun yoxlanması üçün bütün qeydiyyatdan keçmiş komandalar 28 - 29 aprel tarixlərində keçiriləcək onlaynseçim müsabiqəsində iştirak etməlidirlər.Qeydiyyatdan keçmiş və onlayn seçim müsabiqəsində ilk 10 yeri tutan komandalar yarışın final mərhələsində iştirak edə biləcəklər.Eyni zamanda təlimlərin keçirilməsində məqsəd yarış iştirakçılarının yarış mühiti və istifadə olunacaq maddi-texniki baza ilə tanış olmasıdır. Təlimlərdə iştirakçı komandalara müvafiq mövzularda seminarlar veriləcək. Bu mövzulara robot və robototexnika, hakaton və "AzRoboHack" anlayışları, yarışda maddi-texniki baza kimi istifadə edilən "Lego MİNDSTORMS NXT 2.0"kitləri və bundan istifadə imkanları, Lego kitlərinin vizual proqramlaşdırılması, "Java"proqramlaşdırma dilindən istifadə edərək "LegolarınleJOS"-da proqramlaşdırılması, yarış günü, yarışın şərtləri və qiymətləndirmə meyarları daxildir.Yarış 2 gün - 5 may bütün gün və 6 may günorta saat 10:00-a qədər davam edəcək. Bu müddət ərzində yarış iştirakçıları təlimlər zamanı təyin edilmiş meyarlara cavab verən robot tətbiqləri hazırlayacaqlar.Əsas məqsəd ölkəmizdə bu ilin "Sənaye ili"olmasını prioritet məsələ kimi dəyərləndirməkdir. Hazırlanmış tətbiqlər müvafiq göstəricilərinə görə qiymətləndiriləcək. Buraya yenilikçilik, sənayeyə olan faydası, ətraf mühitə olan faydası, ölkənin İKT sahəsində nəzərdə tutula biləcək perspektivləri, robotun dizaynı, işin stabilliyi, alqoritmin stabilliyi, yazılan proqram təminatının səliqə və stabilliyi daxildir.Münsiflərin dəyərləndirməsi əsasında ilk üç yeri tutan komandalar pul mükafatı qazanacaqlar.  Birinci yer üzrə 500 AZN və sertifikatlar, ikinci yer üzrə 300 AZN və sertifikatlar, üçüncü yer üzrə 200 AZN və sertifikatlar nəzərdə tutulur.Digər iştirakçılara həvəsləndirici mükafat və sertifikatlar təqdim ediləcək. Mükafatlandırma mərasimi Qafqaz Universitetində təşkil edilən ənənəvi VI Gənclik Şənliyində həyata keçiriləcək və davamı olaraq hazırlanan robotların sərgisitəşkil ediləcək.
ictnews.az
Həqiqət

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF