ABTM-nin şagirdləri 9 qızıl, 4 gümüş, 11 bürünc, 4 həvəsləndirici mükafata layiq görülüblər
ARDNŞ-ın qrant layihələri hesabına fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyi Azərbaycanda təhsilin inkişafına töhfələr verməkdə davam edir.
AZADİNFORM xəbər verir ki, Birliyin tərkibinə daxil olan məktəb və liseylərdə neft ixtisasları üçün mühüm əhəmiyyət daşıyan fizika, riyaziyyat, kimya, informasiya texnologiyaları və başqa fənlərin tədrisinə xüsusi diqqət yetirilir. Təsadüfi deyil ki, bu təhsil ocaqlarında oxuyan şagirdlər hər il beynəlxalq və respublika miqyaslı fənn olimpiadalarında yüksək nəticələr əldə edirlər. Bu günlərdə Təhsil Nazirliyi 2014-cü ildə keçirilmiş məktəblilərin fənn olimpiadalarının nəticələrini elan edib. ABTM-nin tərkibində fəaliyyət göstərən məktəb və liseylərin şagirdləri 9 qızıl, 4 gümüş, 11 bürünc, 4 həvəsləndirici mükafata layiq görülüblər. Şagirdlər əsasən texniki fənlər üzrə yüksək nəticələr əldə ediblər.