"Təhsil kuboku"nun püşkü atıldı


"Təhsil kuboku"nun püşkü atıldıAzərbaycan Tələbə Futbol Federasiyasının (ATFF) Təhsil Nazirliyilə birgə təşkil etdiyi "Təhsil kuboku"nun püşkatma mərasimi keçirilib.
Rekord.az xəbər verir ki, mərasim AFFA-nın konfrans zalında təşkil olunub.
Tədbirdə ATFF-nin prezidenti Fazil Qarayev, federasiyanın vitse-prezidentləri Oqtay Abdullayev və Nadir Əliyev, baş katib Əfqan Həmzəyev, İcraiyyə Komitəsinin üzvləri, ali təhsil məktəblərinin komandalarının nümayəndələri və jurnalistlər iştirak ediblər.
A qrupunda Bakı Dövlət Universiteti, Bakı Avrasiya Universiteti, Qərb Universiteti, Bakı Slavyan Universiteti
B qrupunda Azərbaycan Texniki Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Xəzər Universiteti
C qrupunda Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisadiyyat Universiteti, Sumqayıt Dövlət Universiteti, Təfəkkür Universiteti
D qrupunda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, Azərbaycan Dövlət İdarəçilik Akademiyası
E qrupunda Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft Kimya Akademiyası, Fövqəladə Hallar Akademiyası
F qrupunda isə Qafqaz Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının komandası yer alıb.

htpp//www.record.az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

Quba Özel Türk Liseyi mezunu Çingiz Caferov:Nyu-Yorkdan Azerbaycanın yüksek süretle inkişaf etdiyini görmek mümkündür