III Ümumrespublika tələbə yaradıcılığı festivalı yaradıcı gəncləri seçdi

Gənclər və İdman Nazirliyi tərəfindən ənənəvi olaraq hər il ali təhsil müəssisələrinin tələbələri arasında “Tələbə baharı” tələbələrin yaradıcılıq festivalı keçirilir. Festivalın keçirilməsində məqsəd, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır. Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə cari ilin 01-02 aprel tarixlərində “Tələbə baharı” VIII Ümumrespublika tələbə yaradıcılığı festivalının seçim mərhələsi keçirildi. 
 Məlumat üçün əlavə edək ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə MDB-yə üzv dövlətlərin ali təhsil müəssisələri tələbələrinin iştirakı ilə festivalın seçim mərhələlərini keçirib. Festivala müxtəlif nominasiyalar üzrə 20-dən çox ali təhsil müəssisəsindən 200-dən çox tələbə festivala qatılıb. Bu il festivalda baş tutacaq ən böyük yenilik Rusiya, Ukrayna, Qırğızıstan, Moldova, Tacikistan, Belarus və Özbəkistandan olan tələbələrin də tədbirə gəlmələridir.
Tədbirə yaradıcı tələbələri və kollektivləri ilə qatılan Qafqaz Universitetini təmsil edən istedadlı gənclər müxtəlif   nominasiyalar və janrlar üzrə müvəffəqiyyət qazandılar. Beynəlxalq status daşıyan festivalda universitetin Milli rəqslər üzrə (qızlardan ibarət) kollektivi III yerə, pop musiqisi nominasiyası üzrə mühəndislik fakültəsinin Sənaye mühəndisliyi bölməsinin I kurs magistr tələbəsi Orxan Tağızadə I yerə, pedaqoji fakültə Riyaziyyat və İnformasiya müəllimliyi bölümünün IV kurs tələbəsi Orxan Şükürlü (gitar) II yerə, Pedaqoji fakültənin riyaziyyat müəllimliyi bölməsinin I kurs tələbəsi Leyla Fərzəliyeva və mühəndislik fakültəsi Kompüter mühəndisliyi bölməsinin hazırlıq kursu tələbəsi Arzu Həsənli  (duet ifa) III yerə layiq görüldülər. Universitetin xor özfəaliyyət kollektivi VIII Ümumrespublika tələbə yaradıcılığı festivalının laureatı seçildi.
“Tələbə baharı” VIII Ümumrespublika tələbə yaradıcılığı festivalının Qala konsertinin 28 may tarixində Quba şəhərində keçirilməsi planlaşdırılır. Tələbələrimizi əldə etdikləri yaradıcılıq uğurları münasibətilə təbrik edir, onlara universitetimizi layiqincə təmsil etmək, dünya miqyasında onun yüksək imicini qoruyub saxlamaq naminə gördüyü işlərdə müvəffəqiyyətlər arzulayırıq.

Mədəniyyət şöbə müdirliyi

http://www.qu.edu.az/az/news/VIII-%C3%9Cmumrespublika-t%C9%99l%C9%99b%C9%99-yarad%C4%B1c%C4%B1l%C4%B1%C4%9F%C4%B1-festival%C4%B1-yarad%C4%B1c%C4%B1-g%C9%99ncl%C9%99ri-se%C3%A7di-5156.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF