"Gənc Tədqiqatçıların II. Beynəlxalq Elmi Konfransı" keçirildi
Qafqaz Universitetində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Qafqaz universiteti ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş "Gənc Tədqiqatçıların II. Beynəlxalq Elmi Konfransı" keçirilir.
Mühüm beynəlxalq tədbirin əsas məqsədi gənclərin Ulu Öndərə və onun layiqli davamçısı Prezidentimiz İlham Əliyev Cənablarına olan böyük məhəbbətini beynəlxalq miqyasda digər ölkə gənclərinin nəzərinə çatdırmaq, gənclərin Heydər Əliyev ideyaları əsasında bir-biri ilə təmasda olmasına şərait yaratmaqdır. Azərbaycanın uğurlu inkişaf strategiyasına, "Neft kapitalının insan kapitalına çevrilməsi siyasətinə", "Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyasına" bu istiqamətdə töhfə vermək qarşıya qoyulan əsas məqsədlərdəndir.“Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı”nın iştirakçıları dünən Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftolmoloq alim Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin və Zərifə Əliyevanın məzarları önünə çiçəklər qoyub, onların xatirəsini böyük ehtiramla yad ediblər. Konfrans iştirakcıları Umummilli liderimizin həyatını əks etdirən filmi izlədikdən sonra konfransın təşkilat komitəsi adından dossent Babək Abbasov bildirmişdir ki "Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı"na Azərbaycan, ABŞ,İngiltərə, Almanya, Kanada, İspaniya, Türkiyə, Rusiya, Misir,Yəmən, İran, Türkmənistan, Özbəkistan və Gürcüstanın gənc tədqiqatçıları tərəfindən 783 tezis təqdim edilmiş, onlardan 589-u qəbul edilib. İştirakçı ölkələrin elm adamlarının iştirakı ilə keçiriləcək beynəlxalq konfransda əsasən təbiət, mühəndislik və filologiya elmləri üzrə məruzələr edilib. Keçən il olduğu kimi bu il də Azərbaycan, ingilis, rus və türk dillərində təqdim olunan tezislər üzərində maraqlı elmi müzakirələrin aparılacağı gözləniləndir.
Çox Hörmətli Qonaqlar, elm çağımızın çox dəyərli gənç elemadamları,bu il ikincisini düzenlediyimiz “Beynəlxalq Gənç Tətqiqatçılar” Konfransına hamınız xoş gelmişsiniz. Umummilli Lider Heydər Əliyevin vurğuladığı gimi “Gənçlik bir millətin gələcəyidir”. 21-ci əsr elm əsridir. Siz gənç elm m adamlarını görüncə Azərbaycan elminin inkişafını görmək olur. Qafqaz Üniversiteti Umummilli lider Heydər Əliyevin əsəridir. Siz gənç Elm adamları da Umummilli liderimiz Heydər Əliyevin əsərlərisiniz. Umummilli Lider Azərbaycan Dövlətinin təməllərini atmıştır. Azərbaycan dünyada tanınınmış, sənaye və texnolojisini qurma yoluna girmiş surətlə inkişaf edən bir ölkəyə çevrilmişdir. Bu inkişafın gerçəkləşməsində Heydər Əliyev irsinin layiqli davamcısı Prezidentimiz İlham Əliyevin əməyi danılmazdır. Onun sayəsində Ulu Öndərin atmış olduğu təmllər üzərinə bugünkü modern Azerbaycanı dünyada tanınır, tərəfdaş kimi qəbul olunur. Sevgili gənçlər! Cəmiyyətə fayda verəcək elmlə məşğul olun əldə etdiyiniz nəaliyyətləri layihə şəklində tətbiqinə nail olmağa çalışın.Başarılı bir konfransın geçirilməsini dilər, sizlərə hayat boyu muvaffakiyt arzulayıram deyərək Qafqaz universitetinin rektoru professor Ahmet Saniç çıxışını bitirib.
İqtisad elmləri doktoru professor Əvəz Bayramov və fəlsəfə dokrou Eldar Aslanov çıxışlarında Umummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olan konfransin xarici ölkələrdən gələn elm adamlarına Heydər Əliyev ideyalarının eləcədə Azərbaycanda elmin səviyyəsinin yüksək olmasının təbliği baxımından əvəzsiz xidməti olaçağını qeyd ediblər.
Hazırda konfrans öz işini bölümlər üzrə davam etdirir.Konfransın son günü xaricdən gələn iştirakçılara ölkəmizi tanıtmaq məqsədilə ekuskursiyalar təşkil olunacaq.