Tələbələrin Zaman Qəzeti Redaksiyasına gəzintisi təşkil olundu

Tələbələrin Zaman Qəzeti Redaksiyasına gəzintisi təşkil olundu

Karyera Planlama Mərkəzi Zaman Qəzeti Redaksiyasına Natiq Adilovun rəhbərliyi iləTərcümə (İngilis dili ) bölümü -3 tələbələrinin şirkət gəzintisini təşkil etdi. Şirkət gəzintisində məqsəd tələbələrin iş dünyası ilə tanış olması və təhsil vaxtı yiyələndikləri bilikləri iş prosesinde necə həyata keçirəcəklərinin canlı şahidi olmalarını təmin etmək idi. Tələbələrimiz, gündəlik uxuduqları qəzetin istehsalını görməkdən məmnun qaldılar. Şirkət nümayəndələri tələbələrimizi şirkətlə yaxından tanış etdikdən sonra çay süfrəsinə qonaq etdilər. Şirkət rəhbərliyi belə gəzintilərin təşkil olunması ilə şirkətlə universitet arasında mövcud əlaqələrin daha da möhkəmlənəcəyini vurğuladılar.
http://www.qu.edu.az/az/news/T%C9%99l%C9%99b%C9%99l%C9%99rin-Zaman-Q%C9%99zeti-Redaksiyas%C4%B1na-g%C9%99zintisi-t%C9%99%C5%9Fkil-olundu-5275.html

Nicat Yusifov

Instagram