"İZ" Layihəsi 1-Ci Fazada Layihələrin Dəyərləndirilməsi Başa Çatdı

Qafqaz Universiteti  İnzibati-Təsərrüfat işləri üzrə prorektorluğun elan etdiyi “İZ” sosial layihəsinə 1-ci fazada müraciətlərin qəbulu 25 Aprel 2014 tarixindən etibarən başa çatdı. Təyin olunmuş münsiflər tərəfindən dəyərləndirilən layihələr müxtəlif kateqoriyalarda qruplaşdırıldı.
Olduqca maraqlı müraciətlərin yer aldığı “İZ” layihəsində növbəti mərhələdə dəyərləndirilmiş müraciətlərin sahibləri ilə görüşlər keçiriləcək. Dəyirmi masa arxasında baş tutacaq bu görüşlərdə layihə göndərən tələbə və müəllimlərlə layihə haqqında daha ətraflı fikir mübadiləsi aparılacaq, layihələrin həyata keçirilmə yeri, vaxtı və başqa məsələlər müzakirə olunacaq.
Görüşlər 30 Aprel və 1 May tarixlərində keçiriləcək.  Görüş haqqında layihə iştirakçılarına e-mail vasitəsi ilə məlumat veriləcək

İnzibati-Təsərrüfat işləri üzrə Prorektorluq bütün iştirakçılara maraqlı və kreativ layihələrə görə təşəkkür edir. 

Nicat Yusifov

"İZ" Layihəsi Koordinatoru

http://iz.qu.edu.az/az/news/2014/04/quot-iZ-quot-layihesi-1-ci-fazada-layihelerin-deyerlendirilmesi-basha-chatdi-11.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF