"İZ" layihəsinə kimlər müraciət etməlidir?

Qafqaz Universiteti İnzibati-Təsərrüfat işləri üzrə Prorektorluğun 8 Aprel 2014 tarixində elan etdiyi “İZ” layihəsinə olan maraq hər gün biraz daha artır. Universitet şəhərciyinin tərtibatının gözəlləşdirilməsi, yeni və maraqlı işlər görməklə bağlı ideyalarını gerçəkləşdirmək istəyən Universitet əməkdaşları və tələbələr layihələrini iz.qu.edu.az saytında daxil olaraq online şəkildə müraciət formunu doldurmaqla təqdim edirlər. Bu səbəbdən İnzibati-Təsərrüfat işləri üzrə prorektorluq  “İZ” layihəsinə müraciətlə bağlı bəzi məsələləri bir daha nəzərinizə çatdırmaq istəyir:

Dəyərli dostlar, bizim istəyimiz tələbələrin və əməkdaşlarımızın layihəyə komanda şəklində qatılmasıdır. Biz sadəcə layihəyə dəstək verəcəyik. Layihəni həyata keçirən isə layihə göndərən qruplar olacaq. Bu sizin dostlarınızla bərabər qurduğunuz komanda və ya bölümünüz yaxud üzvü olduğunuz klub və ya dərnək ola bilər. Bir daha xatırladım ki, istər bölüm olsun, istər fakultə və ya dərnək, komanda layihə həyata keçirildikdən sonra hər zaman xatırlanması üçün layihə həyata keçirilən yerdə adlar yazılmış kiçik lövhələr qoyulacaq. Siz də aktiv olun. Müraciət çox sadədir. http://iz.qu.edu.az/ saytına daxil olursunuz və online müraciət bölməsini doldurursunuz. 
Qafqaz Universiteti şəhərciyində də "İZ"iniz qala bilər...

Nicat Yusifov

http://iz.qu.edu.az/



Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF