Şagirdlər 2014-cü il respublika fənn olimpiadalarında yüksək nəticələr göstərmişlər
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin məktəblərində təhsil alan şagirdlər 2014-cü il respublika fənn olimpiadalarında yüksək nəticələr göstərmişlər.ARDNŞ-nin qrant layihələri hesabına fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyi Azərbaycanda təhsilin inkişafına töhfələr verməkdə davam edir.Birliyin tərkibinə daxil olan məktəb və liseylərdə neft ixtisasları üçün mühüm əhəmiyyət daşıyan fizika, riyaziyyat, kimya, informasiya texnologiyaları və başqa fənlərin tədrisinə xüsusi diqqət yetirilir. Təsadüfi deyil ki, bu təhsil ocaqlarında oxuyan şagirdlər hər il beynəlxalq və respublika miqyaslı fənn olimpiadalarında yüksək nəticələr əldə edirlər. Bu günlərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi 2014-cü ildə keçirilmiş məktəblilərin fənn olimpiadalarının nəticələrini elan etmişdir. ABTM-nin tərkibində fəaliyyət göstərən məktəb və liseylərin şagirdləri 9 qızıl, 4 gümüş, 11 bürünc, 4 həvəsləndirici mükafata layiq görülmüşlər. Şagirdlər əsasən texniki fənlər üzrə yüksək nəticələr əldə etmişlər.