Rənglərlə Ahəngli "İZ"Lər
Qafqaz
Universitetində çox sayda müəllim heyəti və tələbənin iştirakı həyata keçirilən
bu layihə hər kəsin diqqətini çəkməyə davam edir. Universitetə gələn qonaqların
qarşısındda şəkil çəkdirmək üçün sıraya durduğu bu əsər Universitet 53
nəfərin biryerdə ərsəyə gətirdiyi İZlərdir. Tələbələrdən Rəna Tağıyeva, Eşqin
Şükürov, Ebru Delihasan,Gökhan Güşlü, Ruslan Şıxıyev, Cəsur Həsənov, Fatimə
Rəsulova və Dizayn kursunun müəllimi, dizayner Dr. Arzu Məmmədovanın rəhbərliyi
ilə boyalardan onlarla rəng çalarları hazırladılar. Hazırlanarkən
Universitet rektorunun da iştirak etdiyi, xüsusi olaraq hazırlanmış maketin
üzərinə klassik musiqi sədaları altında sıra ilə üst-üstə tökülən
rənglərdən ortaya çıxan görüntü təbiətdəki gözəllikləri bir daha gözlər önünə
sərdi.2012-ci ilin
aprel ayında 53 nəfərdən çox iştirakçının əl İZi olan bu modern rəsm əsəri hal
hazırda Universitetdə sərgilənməkdədir.
http://iz.qu.edu.az/az/news/2014/04/Renglerle-ahengli-quot-iZ-quot-ler-5.html
http://iz.qu.edu.az/az/news/2014/04/Renglerle-ahengli-quot-iZ-quot-ler-5.html