Ali məktəblər arasında olimpiada keçirildi
Qafqaz Universitetində Heydər Əliyev Fondunun, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı və Qafqaz Universitetinin təşkilati və texniki dəstəyi ilə “17 may - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü”nə həsr olunan “Ali məktəb tələbələri arasında İnformatika üzrə IX Ümumrespublika Olimpiadası”nın 1-ci mərhələsi keçirilib.Publika.Az-ın məlumatına görə, tədbir Qafqaz Universitetində Heydər Əliyev Fondunun, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı və Qafqaz Universitetinin təşkilati və texniki dəstəyi ilə keçirilib.Açılış mərasimində çıxış edən Qafqaz universitetinin rektoru professor Ahmet Saniç olimpiada iştirakçılarını salamlayaraq bildiribki ölkəmizdə Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə İKT sahəsi cox sürətlə inkişaf edir.Ötən ilin İKT ili elan olunması, İlk telekommunikasiya peykimiz olan "Azerspace-1”-in orbitə göndərilməsi , Bakutel sərgisinin keçirilməsi bu sahəyə olan diqqət və qayğının bariz nümunəsidir.Fəaliyyəti dövründə bilavasitə informasiya texnologiyalarının tətbiqi, informasiya sistemlərinin yaradılması və istismarı, həmçinin sahənin inkişafı məsələləri ilə məşğul olan, Proqram təminatının Azərbaycan dilinə tərcüməsi ilə bağlı ölkəmizdə ilk dəfə həyata keçirilən işlərə rəhbərlik edən , dəfələrlə ölkəmizi xaricdə keçirilən beynəlxalq konfranslarda təmsil edən Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadə Olimpiadanın əhəmiyyətindən, İKT sahəsinin çətin və maraqlı olmasından, prezident İlham Əliyevin bu sahəyə verdiyi önəmdən və ölkəmizdə görülən işlərdən geniş danışıb.O qeyd edib ki, olimpiada yarış olmaqla yanaşı tələbələr arasında dostluq munasibətlərinin qurulmasındada əhəmiyyət kəsb edir. Olimpiada iştirakçılarının gələcək iş həyatlarında aralarında fikir mübadilələri aprararaq uğurlar qazanacaqlarına inandığını qeyd edib.Çıxış edən Naxcıvan Dövlət Universitetinin və Gəncə Dövlət Universitetinin nümayəndələri təşkilatçılara və olimpiadanın keçirilməsi üçün yüksək səviyyədə şərait yaratdıqları üçün Qafqaz universitetinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.Müsabiqədə 8 ali təhsil müəssisəsindən 49 komanda (hər komandada 3 nəfər tələbə) iştirak edib. Müsabiqədə komandalara 5 saat ərzində 10 alqoritmik məsələnin həll edilməsi tapşırığı verilib. Tapşırıqların qiymətləndirilməsi üçün e-olimp.com.ua/az avtomatik qiymətləndirmə saytından istifadə edilib. Müsabiqənin nəticəsinə görə finala vəsiqə qazanmış komandalar 26 aprel 2014-cü tarixində AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək müsabiqənin final mərhələsində iştirak edəcəklər.
publika.az