2 Nisan 2014 Çarşamba

Qafqaz Universitetində proqramlaşdırma üzrə “Proqramçıların Yaz Məktəbi” təlimləri keçirildi


Qafqaz Universitetində proqramlaşdırma üzrə “Proqramçıların Yaz Məktəbi” təlimləri keçirildi
19-26 mart 2014-cü il tarixlərində Qafqaz Universitetində Kompyuter Mühəndisliyi Bölməsinin baş müəllimi Etibar Seyidzadə və Əli Həsənovun rəhbərliyi ilə tələbə və məktəblilərin proqramlaşdırma üzrə Respublika və Beynəlxalq olimpiadalara hazırlanmaları üçün sayca altıncı olan “Proqramçıların Yaz Məktəbi” təlimləri keçirildi. Təlimlərin aparılması üçün Ukraynanın Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin Kibernetika Fakültəsinin Riyazi İnformatika kafedrasının dosenti Mixail Medvedyev (Ukrayna Respublikasında proqramlaşdırma olimpiadaları üzrə təlimçi, Ukrayna və Beynəlxalq proqramlaşdırma olimpiadalarda münsiflər heyətinin üzvü kimi tanınmış mütəxəssis) təlimçi kimi Qafqaz Universitetinə dəvət edilmişdir.
Təlimlərdə Qafqaz Universiteti Kompyuter Mühəndisliyi, İnformasiya Texnologiyaları və Sistemləri Mühəndisliyi, Riyaziyyat və İnformatika Müəllimliyi bölmələrindən olan 20 tələbə, Bakı Dövlət Universitetindən 3 tələbə və Azərbaycan Türk Özəl Liseylərindən 4 şagird (bu şagirdlər 13-20 iyul 2014-cü il tarixlərində Tayvanda keçiriləcək 26-cı Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanın məktəblilər komandasını təmsil edəcək) iştirak etdi.
8 gün intensiv davam edən təlimlər hər gün 9:30-13:00 saatlarında Mixail Medvedyev tərəfindən seminarların verilməsi, 14:00-18:00 saatlarında isə praktik online müsabiqə və məsələlərin həllinin müzakirəsi formatında aparıldı. Təlimlərdə e-olimp.com.ua/az metodik saytından alqoritmik məsələlərin həlli üçün istifadə edildi.

Qafqaz Universitetində proqramlaşdırma üzrə “Proqramçıların Yaz Məktəbi” təlimləri keçirildiQafqaz Universitetində proqramlaşdırma üzrə “Proqramçıların Yaz Məktəbi” təlimləri keçirildi

http://www.qu.edu.az/az/news/Qafqaz-Universitetind%C9%99-proqramla%C5%9Fd%C4%B1rma-%C3%BCzr%C9%99-%E2%80%9CProqram%C3%A7%C4%B1lar%C4%B1n-Yaz-M%C9%99kt%C9%99bi%E2%80%9D-t%C9%99liml%C9%99ri-ke%C3%A7irildi-5148.html