QUTechnopark-da "İşgüzar Çevrənin İnkişafı" tanışlıq proqramı keçirildi


QUTechnopark-da "İşgüzar Çevrənin İnkişafı" tanışlıq proqramı keçirildiAprel 16-da QUTechnopark-da "İşgüzar Çevrənin İnkişafı" tanışlıq proqramı keçirildi.
"İşgüzar Çevrənin İnkişafı" tanışlıq proqramı sərbəst görüşlər formasında təşkil olundu. Proqramın məqsədi Qafqaz Universitetində çalışan profeessor-müəllim heyətini QUTechnopark-da fəaliyyət göstərən firmaların nüamyəndələri ilə daha yaxından tanış etmək, eləcə də burada həyata keçirilən layihələr haqqında geniş məlumat vermək idi. 
Proqramda Qafqaz Universitetinin müxtəlif kafedra və şöbələrin əməkdaşları QUTechnoparkda fəaliyyət göstərən firmaların işi ilə yaxından tanış oldular. Bu tanışlıqlar gələcəkdə ortaq layihələrin inkişafına kömək etməklə yanaşı, tələbə və magistrların da texnoparkdakı fəaliyyətlərə cəlb olunmasına müsbət təsir edəcəkdir. Qeyd edək ki, hazırda texnoparkda işləyən personelin təqribən yarısı tələbələrdir.
Proqram iştirakçılarına verilən kokteyl şirkət nümayəndələri ilə Universitet çalışanları arasında səmimi münasibətlərin inkişafına səbəb oldu. Xatıqladaq ki, "İşgüzar Çevrənin İnkişafı" tanışlıq proqramının ideyası, universitet-sənaye əməkdaşlığında 3Ç Prinsipinə əsaslanan Durmaz modelindən götürülmüşdür.


http://qutechnopark.az/az/news/2014/04/QUTechnopark-da-quot-ishguzar-chevrenin-inkishafi-quot-tanishliq-proqrami-kechirildi-223.html

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF