QUTECHNOPARK ODTU Texnoparkının təcrübəsinə əhəmiyyət verir.
Qafqaz
Universiteti rektoru prof. Ahmet Saniçin rəhbərliyində nümayəndə heyəti Türkiyədə
işgüzar səfərdədir. Səfər məqsədi Türkiyə Cümhuriyyətində texnoparkların fəaliyyəti
ilə tanış olmaqdır. İşgüzar səfər QUTECHNOPARK-da (Qafqaz Universiteti Texnoparkı) fəaliyyət
göstərən şirkətlərin idarəçiləri ilə birgə həyata keçirilir.
Səfər
zamanı ilk görüş Mart ayının 6-da ODTU-nin rektoru ilə başladı. Görüş zamanı
Qafqaz Universiteti rektoru prof.Ahmet Saniç texnopark fəaliyyətlərinin həyata
keçirilməsində ODTU-nun təcrübələrindən istifadə etdiyini bildirdi. Bu işdə
ODTU-nin səmimi yanaşmalarına görə təşəkkür edən rektor A.Saniç gələcəkdə ali təhsilin
müxtəlif sahələrində əməkdaşlıq etməkdə maraqlı olduğunu ifadə etdi. ODTU
rektoru prof. A. Acar əməkdaşlıqdan məmnun olduğunu bildirdi və daha çox
İnformasiya Texnologiyalarının tətbiqi sahəsində əməkdaşlığın daha səmərəli nəticələri
ola biləcəyindən danışdı.
Görüşün
sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim edildi və ODTU rektoru prof. Ahmet
Acar Qafqaz Universitetinə dəvət edildi.
Daha
sonra ODTU Texnoparkında müşahidə və görüşlərə davam etdirildi. Xatırladaq ki,
QUTECHNOPARK-ın təşkil etdiyi işgüzar səfərdə nümayəndə heyətinin tərkibinə
Qafqaz Universiteti rektoru prof. Ahmet Saniç ilə birgə QUTECHNOPARK İdarə heyətinin
üzvü Dr. Şahin Durmaz, QUTECHNOPARK-ın müdiri Dos. İsa Qasımov, QUTECHNOPARK-da
fəaliyyət göstrərn şirkətlərin idarəçilərindən Azer.Net MMC-nin direktoru Anar
Novruzov, SENTRA MMC-nin icraçı direktoru Ümid Vəliyev, MONtech MMC-nin satıç rəhbəri
Fədai Abdullayev də iştirak edir.