
Bu günlərdə “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının
şagirdləri əlil və kimsəsiz uşaqlara maddi və mənəvi yardım üçün
xeyriyyə tədbiri keçiriblər. Tədbirdə iştirak edən müəllim, şagird və
valideynlər topladıqları vəsaitlə valideyn himayəsindən kənarda qalmış
və əlil uşaqlara yardım ediblər. Şagirdlər orada əlil uşaqlarla səmimi
söhbət etmiş və onların arzu və istəklərini öyrənərək kömək etmişlər.
Məktəblilərin onlara göstərdikləri maddi və mənəvi dəstəyə görə əlil və
kimsəsiz uşaqlar onlara minnətdalıqlarını bildiriblər.