Qafqaz Universitetində proqramlaşdırma üzrə “Proqramçıların Yaz Məktəbi” təlimləri keçirilmişdir

Bakı, 27 mart (AzərTAc). Qafqaz Universitetində tələbə və məktəblilərin proqramlaşdırma üzrə respublika və beynəlxalq olimpiadalara hazırlanmaları üçün dördüncü “Proqramçıların yaz məktəbi” təlimləri keçirilmişdir.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, təlimlər Ukraynanın Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin kibernetika fakültəsinin riyazi informatika kafedrasının dosenti Mixail Medvedev (Ukraynada proqramlaşdırma olimpiadaları üzrə mütəxəssis və təlimçi) tərəfindən aparılmışdır.
Təlimlərdə universitetin kompyuter mühəndisliyi, informasiya texnologiyaları və sistemləri mühəndisliyi, riyaziyyat və informatika müəllimliyi bölmələrindən 30 tələbə və Azərbaycan-Türkiyə özəl liseylərindən 5 şagird iştirak etmişdir. Seçilən tələbə və şagirdlər iyulun 6-dan 13-dək Avstraliyada keçiriləcək 25-ci Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanın məktəblilər komandasını təmsil edəcəklər).
Səkkiz gün davam edən təlimlərdə e-olimp.com.ua metodik saytından (BDU-nun dosenti Ramin Mahmudzadə və Qafqaz Universitetinin baş müəllimi Etibar Seyidzadənin rəhbərliyi ilə saytın Azərbaycan dilində lokalizasiyası aparılmışdır) məsələlərin həlli üçün istifadə edilmişdir.
Oxşar təlimlər 2011, 2012-ci illərdə də keçirilmiş və Qafqaz Universiteti tələbələrinin respublika və beynəlxalq proqramlaşdırma olimpiadalarında yüksək nəticələr əldə etmələrində əhəmiyyətli rol oynamışdır.
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF