Qafqaz Universitetində “İkinci Biznes Keys Müsabiqəsi” Başlamışdır
Qafqaz Universiteti Sahibkarlığın İnkişafı və Tədqiqat Mərkəzi növbəti illik “İkinci Biznes Keys Müsabiqəsi”-nə başlayıb. Ötən ildən başlayaraq, bakalavr və magistr tələbələrindən təşkil olunmuş komandalar, müsabiqədə yarışıraraq beynəlxalq və yerli şirkətlərin biznes strategiyaları təhlili edirlər.
Keçən il Qafqaz Universitetində keçirilən birinci illik biznes keys müsabiqəsində Qafqaz Universitetinin müxtəlif bölmələrindən olan tələbələri ibarət beş komanda Google, Dell, Jet Blue Airlines, Krispy Kream və Wholefoods Market kimi beynəlxalq şirkətlərin biznes strategiyalarının təhlilinə dair təqdimat keçirdilər.
Bu il təşkil olunmuş ikinci illik biznes keys müsabiqəsində yer alan komandalar, yerli şirkət olan AZMDF üçün marketinq inkişaf strategiyasını hazırlayacaqlar. İkinci illik biznes keys müsabiqəsində iştirak etmək üçün müraciət edən on komandan, ingilis dili səviyyəsi, biznes və sahibkarlıq bilikləri nəzərə alınaraq səkkizi komanda seçildi. Komandalar Maliyyə, Menecment, Dünya İqtisadiyyat, Sənaye mühəndisliyi və Dövlət İdarəçiliyi bölmələrində təhsil alan magistr və bakalavr tələbələrindən ibarətdir. Birinci turda qalib gələn komandalar AZMDF şirkətinə aparıldı və zavodda müxtəlif məhsulların istehsalı ilə tanış oldular. Səfər zamanı komandalar rəhbərlik ilə şirkətin əməliyyatlarını müzakirə etmək imkanına sahib oldular. Müsabiqənin yekun mərhələsinin aprel ayında keçirilməsi planlaşdırılır.
http://qu.edu.az/view_news.php?news=3178&link=&lang=az