ARDNŞ-i Çağ öyrətim şirkəti ilə əməkdaşlıq edəcək - VİDEO
Təhsil sahəsindəki nəhəng layihələri ilə
ad qazanan Dövlət neft şirkəti bu sahədə daha bir addım atıb. Neft
şirkəti Azərbaycan təhsilində innovasiya və uğurları ilə ad qazanan Çağ
öyrətim şirkəti ilə əməkdaşlıq sənədi imzalayıb.
Sənədlə Çağ öyrətim şirkəti dövlət neft şirkətinin əsasını qoyduğu Beynəlxalq Təhsil Mərkəzinin təsisçilərindən birinə çevrilib.
Hər iki şirkət bununla bağlı birgə bəyanat imzalayıb. Bundan sonra ARDNŞ VƏ ÇAĞ ÖYRƏTİM ŞİRKƏTİ Beynəlxalq Təhsil Mərkəzi İctimai birliyini birlikdə idarə edəcək.
Dövlət Neft Şirkətinin prezident Rövnəq Abdullayev sənədin ölkəmizdə gələcəkdə neft sahəsi üçün ixtisaslı kadrlarin hazırlanmasında əhəmiyyətli olduğunu deyib.
Çağ öyrətim şirkətinin prezidenti Ənvər Özeren isə ölkədə yeni tipli təhsil müəssisələrinin yaradılmasında, habelə bacarıqlı şagird və tələbələrə dəstəkdə Neft şirkətinin rolunu yüksək qiymətləndirib. Qeyd edib ki, Çağ öyrətim şirkəti Beynəlxalq təhsil mərkəzinin inkişafında da öz tövhəsini verəcək.
Neft şirkətinin vitse prezidenti Xalik Məmmədov də qeyd edib ki, sənədin əsas məqsədi Azərbaycan Türkiyə liseylərindəki təhsil sisteminin neft ixtisaslarında tətbiq edilməsidir.
Sənədlə hər iki şirkət arasında müştərək təhsil layihələri də həyata keçiriləcək.
http://xezerxeber.com/XeberOxu.aspx?id=52998#.UTD09zcYMYE